Pages

Saturday, February 19, 2011

Xaricdə Mühəndislik üzrə magistratura haqqında

    Bu yazı əslində mühəndislik üzrə xaricdə mastır oxumaq istəyən və bu haqqda məlumatı az olanlar üçün nəzərdə tutulub. Yazını öz təcrübəmə əsaslanaraq yazacam, ona görə başqalarının dedikləri ilə fərqli ola bilər.
     Deməli belə, mən Qafqaz universitetinin kompüter mühəndisliyinin son kursunda oxuyanda Oracle dərsini aldım. Həm müəllimimiz (Kamran Ağayev) çox keyfiyyətli dərs keçdiyi üçün, həm də ümumiyyətlə Oracle mənə maraqlı gəldiyinə görə, sonraki karyeramı da bu üzrə - yəni Oracle DB administratorluq üzrə qurmaq istəyirdim. Mənlə məzun olan tələbələrdən əksəriyyəti ya Cisco ya da Oracle sertifikatlarını alaraq yaxşı bir yerdə işə girməyi planlıyırdılar. Ən əsası ona görə ki, Azərbaycanda əsas tələbat bu gün o sahələrədi. Ya Cisco-nu bitirib şəbəkə administatoru olursan, ya da ki Oracle sertifikati alıb DB administartoru. 
       Mən də DB administratoru olmaq fikrinə düşdüyüm üçün, Oracle üzrə mastır oxumağa qərar verdim. Amma, sən demə hər şey mən bildiyim kimi deyilmiş. Yəni Oracle üzrə mastır deyə birşey yoxdur. Oracle-ı qoy kənara, heç ümumiyyətlə DBMS üzrə mastır oxumaq kimi bir anlayış yoxdur əslində. Bəs sual yaranır ki, onda Mastır nədir? (vəya Master, magistr, magistratura və.s... necə istəyirsiniz adlandırın) Cavab: Mastır Research-dir yəni araşdırma. 
     1 il əvvəl Koreada universitet axtarışına çıxarkən, bir neçə universitetdə Database laboratoriyası professorları ilə görüşdüm. Təbii ki, ilk sual onların labarotoriyasını seçmə səbəbim haqqında olurdu. Mən deyəndə ki, DBMS, xüsusən də Oracle öyrənmək istəyirəm, cavab standart olurdu - "Sən səhv gəlmisən, magistraturada Oracle öyrənilməz, Oracle öyrənmək istəyirsən get kursa." 
     Bəs onda soruşa bilərsiz ki, bunlar laborotoryada nə işlə məşquldurlar. Cavab: Research... Koreada hər universitet əslində bir "Elmlər Akademiyasıdır". Universitetlərin əksəriyyətində Mühəndislik korpusu 2 hissədən ibarət olur - Tədris və Araşdırma. Tədris hissəsində normal, Azərbaycandaki kimi dərslər keçirilir, Araşdırma hissəsində isə laboratoryalar yerləşir. Məsələn, Database lab, Supercomputing lab, Nanotechnology lab ve.s... Hər bir mühəndislik tələbəsi universitetə qəbul olanda seçdiyi lab-a təyin olunur. Və normal ofislərdə olduğu kimi, həmin tələbə üçün, lab-da masa və kompüter ayrılır.
Yonsei Universiteti Mühəndislik Araşdırma Mərkəzi

     Laboratorya normal iş yeri kimi fəaliyyət göstərir. Yəni hər gün, məsələn bizim lab-da, səhər saat 10-dan axşam saat 7-yə kimi iş vaxtıdır. Semestr ərzində dərs vaxtı dərsə girib, dərsdən sonra yenidən lab-da işinə davam edirsən. Tətil vaxtı isə hər gün bütün günü lab-da olmalısan. Çoxu vaxtı gece 10, 12-ye kimi lab-da kimsə olur. Ümumiyyətlə isə 24 saat açıqdır və istənilən qədər orda vaxt keçirə bilərsən. Bəzi lab-larda hətta istirahət üçün çarpayılar da quraşdırılıb :)) 
       Hər bir laboratoryanın başında duran professor olur və o lab-ın tələbələri birbaşa professordan asılıdır - qəbul olduqdan məzun olana kimi. Laboratoryadaki bütün işlər həmin professorun rəhbərliyi altında gedir. Yəni, lab-ın araşdırma mövzuları olur, hər bir tələbə bir araşdırma mözvusu üzrə mümkün qədər dərindən bilik əldə edib və son məqsəd olaraq da həmin mövzuda yeni bir ideya tapıb, o haqqda məqalə yazıb elmi jurnallarda vəya konfranslarda dərc elətdirməlidir.
       Bundan əlavə olaraq, lab-ın proyektləri olur. Proyektlər əslində həm də lab-ın maliyyə mənbəyidir. Müxtəlif şirkətlər vəya dövlət orqanları öz istədikləri proyektləri əlaqədar lab-lara təklif edir və bunun məbləğində də külli miqdarda pul ödəyir - bəzən bir neçə milyon dollar. Demək olar hər lab-ın öz web səhifəsi olur, və nə elədikləri haqqında əksər məlumatı oradan əldə etmək mümkündür. Məsələn, http://database.yonsei.ac.kr mənim üzvü olduğum laboratoryanın web səhifəsidir. Bizim lab-ın nə işlə məşqul olduğu haqqda ətraflı məlumat yazacam, sadəcə qısa olaraq deyə bilərəm ki, biz Data Mining üzrə araşdırma edirik.
        Yazının əsas məqsədi - "Xaricdə mühəndislik üzrə magistratura oxumaq istəyirsinizsə, nə oxuyacağınızı, hansı sahədə araşdırma etmək istədiyinizi, hansı laboratoryada və hansı professorla işləyəcəyinizi əvvəlcədən dəqiq öyrənin ki, sonra surprizlərlə qarşılaşmayasınız."
          Davamı növbəti yazılarımda. 

Friday, December 10, 2010

What I wanna blog about

Today, while listening to a kinna boring lecture, I decided to make a list of the topics I wanna blog about. Here it is:
1. Apple (Definitely :) )
2. My University life
3. My research area, that is, Data Mining, Data Streams and Data Stream Clustering
4. Korea - from Modern, Cultural, Traditional and Educational point of view
5. Oracle
6. KGSP (or NIIED) - the scholarship that I am receiving right now
7. Any other interesting IT stuff
8. Azerbaijan (for my foreign friends)
9. Rubik's Cube tutorial

The list is not exhaustive, so I might modify or add new stuff. By the way, please write down what you think would be a good topic to blog about in the comments section.

Thursday, December 9, 2010

Imtahanlar

Bu həftədən etibarən imtahanlar başlayır. Üç dərs götürmüşəm ve üçündən də imtahan olacaq.

1. Wireless Networking Technologies
2. Programming Languages
3. Theory of Computation.

Wireless-də imtahan Open Book tipli olacaq. Open Book-un nə olduğunu bilməyənlərə deyim ki, adından görsəndiyi kimi asan deyil. İmtahana istədiyin qədər kitab, dəftər gətirə bilərsən (electronik əşya - notebook, smartphone ve.s xaric). Yəni bu o deməkdir ki, sualların heç biri sadəcə kitabı açıb cavab tapacaq qədər sadə olmur. Kitabdaki məlumatlar sadəcə referans etmək üçün işə yarayır. Mövzunu o qədər gözəl anlamalısan ki, verilən suallara cavab verə biləsən.



Monday, December 6, 2010

Niyə Yenidən Yazmağa Qərar Verdim?

Bugün fikirləşdim ki, bəlkə burda öyrəndiyim 3-5 şeyi başqaları ilə paylaşmaqla mən də öz töhvəmi verməyə çalışım Azərbaycanın IT sahəsinə. Necə fikirdi sizcə? :)

Thursday, September 4, 2008

Autorun.inf

Salam. Bu menim ilk blogumdur.
herkesi bezdiren autorun.inf faylinin flashinize dushmesinin qarshisini nece ala bilersiniz?
Men ilk once flashin ichinde autorun.inf fayli duzeltdim. Ve onu read only eledim. Ancaq virus yeniden oz autorun.inf faylini yazmagi bacardi. Bunu hell etmek uchun flashkanizda yeni bir folder duzeldin ve adini autorun.inf deyisdirin. Properties de Read Only ni sechili edin. Ve artiq virus sizin flashkaya autorun.inf fayli yaza bilmeyecek...