Pages

Saturday, February 19, 2011

Xaricdə Mühəndislik üzrə magistratura haqqında

    Bu yazı əslində mühəndislik üzrə xaricdə mastır oxumaq istəyən və bu haqqda məlumatı az olanlar üçün nəzərdə tutulub. Yazını öz təcrübəmə əsaslanaraq yazacam, ona görə başqalarının dedikləri ilə fərqli ola bilər.
     Deməli belə, mən Qafqaz universitetinin kompüter mühəndisliyinin son kursunda oxuyanda Oracle dərsini aldım. Həm müəllimimiz (Kamran Ağayev) çox keyfiyyətli dərs keçdiyi üçün, həm də ümumiyyətlə Oracle mənə maraqlı gəldiyinə görə, sonraki karyeramı da bu üzrə - yəni Oracle DB administratorluq üzrə qurmaq istəyirdim. Mənlə məzun olan tələbələrdən əksəriyyəti ya Cisco ya da Oracle sertifikatlarını alaraq yaxşı bir yerdə işə girməyi planlıyırdılar. Ən əsası ona görə ki, Azərbaycanda əsas tələbat bu gün o sahələrədi. Ya Cisco-nu bitirib şəbəkə administatoru olursan, ya da ki Oracle sertifikati alıb DB administartoru. 
       Mən də DB administratoru olmaq fikrinə düşdüyüm üçün, Oracle üzrə mastır oxumağa qərar verdim. Amma, sən demə hər şey mən bildiyim kimi deyilmiş. Yəni Oracle üzrə mastır deyə birşey yoxdur. Oracle-ı qoy kənara, heç ümumiyyətlə DBMS üzrə mastır oxumaq kimi bir anlayış yoxdur əslində. Bəs sual yaranır ki, onda Mastır nədir? (vəya Master, magistr, magistratura və.s... necə istəyirsiniz adlandırın) Cavab: Mastır Research-dir yəni araşdırma. 
     1 il əvvəl Koreada universitet axtarışına çıxarkən, bir neçə universitetdə Database laboratoriyası professorları ilə görüşdüm. Təbii ki, ilk sual onların labarotoriyasını seçmə səbəbim haqqında olurdu. Mən deyəndə ki, DBMS, xüsusən də Oracle öyrənmək istəyirəm, cavab standart olurdu - "Sən səhv gəlmisən, magistraturada Oracle öyrənilməz, Oracle öyrənmək istəyirsən get kursa." 
     Bəs onda soruşa bilərsiz ki, bunlar laborotoryada nə işlə məşquldurlar. Cavab: Research... Koreada hər universitet əslində bir "Elmlər Akademiyasıdır". Universitetlərin əksəriyyətində Mühəndislik korpusu 2 hissədən ibarət olur - Tədris və Araşdırma. Tədris hissəsində normal, Azərbaycandaki kimi dərslər keçirilir, Araşdırma hissəsində isə laboratoryalar yerləşir. Məsələn, Database lab, Supercomputing lab, Nanotechnology lab ve.s... Hər bir mühəndislik tələbəsi universitetə qəbul olanda seçdiyi lab-a təyin olunur. Və normal ofislərdə olduğu kimi, həmin tələbə üçün, lab-da masa və kompüter ayrılır.
Yonsei Universiteti Mühəndislik Araşdırma Mərkəzi

     Laboratorya normal iş yeri kimi fəaliyyət göstərir. Yəni hər gün, məsələn bizim lab-da, səhər saat 10-dan axşam saat 7-yə kimi iş vaxtıdır. Semestr ərzində dərs vaxtı dərsə girib, dərsdən sonra yenidən lab-da işinə davam edirsən. Tətil vaxtı isə hər gün bütün günü lab-da olmalısan. Çoxu vaxtı gece 10, 12-ye kimi lab-da kimsə olur. Ümumiyyətlə isə 24 saat açıqdır və istənilən qədər orda vaxt keçirə bilərsən. Bəzi lab-larda hətta istirahət üçün çarpayılar da quraşdırılıb :)) 
       Hər bir laboratoryanın başında duran professor olur və o lab-ın tələbələri birbaşa professordan asılıdır - qəbul olduqdan məzun olana kimi. Laboratoryadaki bütün işlər həmin professorun rəhbərliyi altında gedir. Yəni, lab-ın araşdırma mövzuları olur, hər bir tələbə bir araşdırma mözvusu üzrə mümkün qədər dərindən bilik əldə edib və son məqsəd olaraq da həmin mövzuda yeni bir ideya tapıb, o haqqda məqalə yazıb elmi jurnallarda vəya konfranslarda dərc elətdirməlidir.
       Bundan əlavə olaraq, lab-ın proyektləri olur. Proyektlər əslində həm də lab-ın maliyyə mənbəyidir. Müxtəlif şirkətlər vəya dövlət orqanları öz istədikləri proyektləri əlaqədar lab-lara təklif edir və bunun məbləğində də külli miqdarda pul ödəyir - bəzən bir neçə milyon dollar. Demək olar hər lab-ın öz web səhifəsi olur, və nə elədikləri haqqında əksər məlumatı oradan əldə etmək mümkündür. Məsələn, http://database.yonsei.ac.kr mənim üzvü olduğum laboratoryanın web səhifəsidir. Bizim lab-ın nə işlə məşqul olduğu haqqda ətraflı məlumat yazacam, sadəcə qısa olaraq deyə bilərəm ki, biz Data Mining üzrə araşdırma edirik.
        Yazının əsas məqsədi - "Xaricdə mühəndislik üzrə magistratura oxumaq istəyirsinizsə, nə oxuyacağınızı, hansı sahədə araşdırma etmək istədiyinizi, hansı laboratoryada və hansı professorla işləyəcəyinizi əvvəlcədən dəqiq öyrənin ki, sonra surprizlərlə qarşılaşmayasınız."
          Davamı növbəti yazılarımda. 

11 comments:

Eyvaz said...

Cox saqol qaqash super...Uqurlar sene...

Ahmed said...

Teshekkur Eyvaz :))

kamil said...

Yerli bir sozle master oxuyandan sonra Azerbaycana qayitsan ish tapa bilmeyesisen:)

yolchuyev said...

Ahmed men de artig basha dushmushem ki, masterden sonra bashga yerlerde ish axtarmagin yeri yoxdu, davam etdirmek daha yaxshi yoldu. Umid edirem ki, chekdiyin aziyyetlerin heder getmemesi uchun tutdugun yolu davam edeceksen.

Anonymous said...

Ahmed ...bu yqadiqlarini mene hele 6 ay once bakida olanda soylemishdim ...amma yolcuyev in fikri ile raziyam ... sen bura qayitmasan yaxshidi ........ Opurem ...ozune yaxshi bax ,,, derslerine ve arashdirmalarina ise daha yaxshi ...:)))

Ahmed said...

Hee duzdu, amma ele ona gore de bu yazini yazdim. Chox adam eyni suali sorushur, men de dedim yazim, sual sorushana linki gonderim oxusun :)

Anonymous said...

"Sən səhv gəlmisən, magistraturada Oracle öyrənilməz, Oracle öyrənmək istəyirsən get kursa." ---- Lap Zarina muellimenin dedikleri yadima dushdu:)

Ahmed, fikrimce senin bu deqiqe meshqul oldugun ishler/arashdirmalar butun ishlerden ustundur. Inshallah layiqli neticesini gorersen! Ugurlar sene!

VuSal

Nesimi said...

Maraqli meqaledir.ugurlar

Etibar said...

Ehmed, hemiseki kimi, bu meqalen de heqiqeten teqdire layiqdir.
Senin meqaleni oxuduqda cox sevindim. Dusundum ki, en azindan bizlerden biri orada bizi temsil edir ve inaniram ki, layiqince temsil edir. Cunki seni az da olsa(3 il ;)) taniyiram.

InsAllah kariyeranda da ugur qazanarsan:
"Senden hereket, menden bereket" ideyasi altinda...


Ugurlar...

Ahmed said...

Teshekkur edirem Etibar :) bizim Almanya sefirimiz :))

Xeyyam said...

Sene derslerinde ugurlar. Orda olmagin ve sozun esl menasinda ciddi islerle mesqul olmaqin bizim adimiza fexrdi.